Tolqahan Sayışman Afrikada izdiham yaratdı - fotolar
Aktyor Tolqahan Sayışman baş rolda oynadığı "Asla Vazgeçmem" serialının yayımlandığı Afrika ölkəsi - Anqolaya səfər edib. Tolqahan hava limanında izdihamın yaranmasına səbəb olub. Belə ki, Sayışmanı görmək və onunla şəkil çəkdirmək üçün yüzlərlə insan hava limaına üz tutub. Kütlə arasından mühafizənin köməyi ilə çıxan aktyor Anqolanın paytaxtı Luandada otellərdən birinə, daha sonra sevənləri ilə görüşə yollanıb.
Qeyd edək ki, iki il əvvəl Türkiyədə yayımlanan serialın baş rollarında Tolgahan Sayışman, Amine Gülşe, Şafak Pekdemir, Ümit Yesin, Ayşegül Günay, Hülya Gülşen Irmak və Tugay Mercan oynayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.