banner
banner

Sosİal

Gədəbəyin ucqar kəndlərinin qazlaşdırılmasına başlanılıb

Gədəbəyin ucqar kəndlərinin qazlaşdırılmasına başlanılıb

Uzun illərdən sonra Gədəbəyin Şınıx bölgəsində yerləşən ucqar kəndlərin qazlaşdırılmasına başlanılıb. Əraziyə zəruri avadanlıqlar, borular daşınmaqdadır. Onu da qeyd edək ki, Şınıx bölgəsi Tovuz rayonunun dağ kəndləri ilə həmsərhəddir.

Hansı ki, bu kəndlərdə illər öncə qaz çəkilməsinə başlansa da, bir neçə kənd qazlaşdırılandan sonra işlər yarımçıq saxlanılıb. Həmin kəndlərin sakinləri böyük ümidlə Şınıxdan sonra onlara da qaz çəkiləcəyini gözləyirlər.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi  İbrahim Kərbəlayevin “Yeni Müsavat”a verdiyi məlumata görə, Gədəbəyin kəndlərinə qaz çəkilişi ölkə prezidentinin bu il martın 5-də imzaladığı sərəncam əsasında həyata keçirilir: “Həmin sərəncamda ayrılan vəsaitlə hansı kəndlərə qaz çəkiləcəyi adlı siyahıda qeyd olunub”.

Qeyd edək ki, “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” adlı sərəncama əsasən 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.41.1-ci yarımbəndində göstərilmiş məbləğin 100 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Sərəncamda bildirilir ki, son illər əhalinin təbii qaza tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilib, qaz təchizatı infrastrukturu yenidən qurulub, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərləri çəkilib, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işləri aparılıb.

Əhalinin təbii qaza olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilmiş qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi 93 faizə çatdırılıb və bu önəmli strateji sosial layihənin həyata keçirilməsində dövlət tərəfindən yüksək maliyyə dəstəyi göstərilib.

Sərəncamla ayrılan 100 milyon manat Lənkəran, Şəki, Yevlax, Ağcabədi, Ağdaş, Bərdə, Daşkəsən, Gədəbəy, Göyçay, İmişli, Qəbələ, Quba, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Şabran, Şamaxı, Tovuz(Hunanlar, Əhmədabad), Ucar, Zaqatala və Zərdab rayonlarının hər birində 2 kəndin, Ağsu, Astara, Beyləqan, Cəlilabad, Goranboy, Xaçmaz, Kürdəmir, Qax, Qobustan, Lerik, Oğuz, Siyəzən, Yardımlı rayonlarının hər birində 1 kəndin, Göygöl və Şəmkir rayonlarının hər birində 3 kəndin, İsmayıllıda 4, Tərtər rayonunda 8 kəndin, həmçinin 3 rayonda c4 qaçqın qəsəbəsinin qazlaşdırılmasına sərf olunacaq.

Tovuz rayonundan sərəncamın əhatə dairəsinə Hunanlar və Əhmədabad kəndləri düşür. Beləliklə, rayonun  ucqar dağ kəndlərinin bir çoxu bu dəfə də siyahıya salınmayıb. Ümid edirik ki, tezliklə o kəndlərin əhalisi də qaz alovuna isinə biləcəklər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.