Castin Biber bu döymələrinə 100 saat vaxt sərf edib - fotolar
Müğənni Castin Biber İnstaqram hesabında yeni fotosunu paylaşıb. Döymələrini nümayiş etdirdiyi şəkilə 22 yaşlı ifaçı yazıb: "Bədənimdə 100 saatdan çox işlənən döymə var. Heç birini sildirmək istəmərəm". Biberin fotosu qısa zamanda yüzlərlə "like" toplayıb. Qeyd edək ki, Castinin döymələri arasında əsasən heyvan başları, gül, mələk qanadı, albomunun adı ("Believe") və "incil"dən ayələr yer alır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.