Burcu bir daha podiuma çıxmamasının səbəbini açıqladı - fotolar
Aparıcı Burcu Esmersoy ticarət mərkəzlərindən birində sevənləri ilə görüşüb. İnsanlarla şəkil çəkdirib, imza verən Burcu eyni zamanda maraqlı açıqlamaları ilə gündəmə gəlib. Esmersoy 1997-ci ildə "Türkiyə gözəli" olduqdan sonra bir daha model kimi səhnəyə çıxmamasının səbəbini söyləyib:
"Qəribə olsa da, amma mənə kimsə baxanda xoşum gəlmir. O zaman da utana-utana podiuma çıxırdım. Qalib oldum, amma daha model kimi fəaliyyət göstərə bilməzdim. İndi də məni çox insan seyr edir, amma ekranın o biri tərəfindən".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.