Sərdar xanımının ərəb şeyxinin oğlu ilə görüşdüyünü danmadı
Müğənni Sərdar Ortaç irlandiyalı xanımı, model Xloe Louqnanın onu ərəb şeyxinin oğlu ilə aldatması iddialarına cavab verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı xanımının ərəb şeyxinin oğlu ilə görüşdüyünü danmayıb:
“Həqiqətən belə bir şey olub. Xloe işi ilə bağlı dostlarımızla yeməyə çıxıb. Restoranda türk vətəndaşları da olub. Onlar da dedi-qodunu sevdiyi üçün arvadımın kimlə yemək yediyi ilə maraqlanıblar. Məlum olub ki, qonaqlar arasında ərəb şeyxinin oğlu da var və beləliklə Louqnanın mənə xəyanət etməsi xəbərləri yayılıb. Mən arvadımı sevirəm. Onun da məni sevdiyini bilirəm. O, heç vaxt belə bir şey etməz. Elə qadın deyil”.
Ortaç məsələ ilə bağlı bunları əlavə edib:
“Bizim boşanmağımızı istəyirlər. Amma biz boşanmayacağıq”.
Sənətçi eyni zamanda “Xanımınıza bikini geyinməyi qadağan etmisinizmi” sualına da cavab verib:
“Mən bir qadına heç nəyi qadağan edə bilmərəm. Qadına nəyisə qadağan etmək onun azadlığını əlindən almaq deməkdir. Bu, Xloenin işidir. Açıq-saçıqlıq həmişə seksuallıq deyil. Bəzən çox açıq-saçıq geyinərsən, səndən diksinərlər”.
Qeyd edək ki, Xloe iki həftədir tanqalı bikini kataloq çəkilişləri üçün Mayamiyə yollanıb. O, İnstaqram səhifəsində tez-tez seksual pozlarda fotolar paylaşır.
Ötən gün isə Louqnanın ərəb şeyxinin oğlu ilə hər gün restoran və barlarda əyləndiyi xəbəri yayılıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.