“Azərbaycan” Nəşriyyatı 2015-ci il martın 1-dən çap xərclərinin 20 faiz artıralacağı barədə media qurumlarına xəbərdarlıq edib.
Bu haqda azadliq.info xəbər yayıb. Nəşriyyat bunun səbəbini ölkəyə gətirilən bütün növ poliqrafiya materiallarının qiymətlərində kəskin artımın olması ilə izah edib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.