Şamaxıda bələdiyyə sədri cərimələndi - Məişət tullantılarına görə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Şamaxı rayon sakini Aygün Məmmədova tərəfindən Şamaxı rayonu Şəhriyar qəsəbəsində məişət tullantılarının pərakəndə şəkildə atılması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları və şikayətçinin iştirakı ilə yerində araşdırılıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı sakinlər tərəfindən məişət tullantılarının qeyri-mütəşəkkil atılaraq qalaqlandığı, əraziyə zibil yeşiklərinin qoyulmadığı və tullantıların qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.
Araşdırma zamanı məişət tullantılarının əraziyə qəsəbə sakinləri Tamara Manafova, Rahib Həsəni və Nazim Zarcan tərəfindən atılaraq qalaqlandığı və Şəhriyar qəsəbə bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun qaydada idarə olunmadığı aşkarlanıb.
Faktla bağlı qanun pozucuları barəsində protokollar tərtib olunub. İnzibati xəta törətdiyinə görə, Şəhriyar qəsəbə bələdiyyəsinin sədri Musa Musayev vəzifəli şəxs qismində 4000, qəsəbə sakinləri T.Manafova, R.Həsəni və N.Zarcan isə fiziki şəxs qismində hər biri 700 manat məbləğində cərimə edilib.
Yol verilən qanun pozuntusunun aradan qaldırılması, ərazinin məişət tullantılarından təmizlənməsi və qəsəbədə tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunması üçün Şəhriyar qəsəbə bələdiyyəsinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.