Azərbaycan Ebola ilə mübarizəyə bir milyon dollar ayıracaq
Donor dövlət kimi Azərbaycan Qərbi Afrikada Ebola ilə mübarizəyə bir milyon dollar ayıracaq.
Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin radiosuna Azərbaycanın Beynəlxaq İnkişaf Agentliyinin rəhbəri Əşrəf Şeyxəliyev deyib.
“Biz bu vəsaitin kimə ayrılacağını müəyyən etməyə çalışırıq. Çox güman ki, bu, Ebola ilə birgə mübarizə üzrə razılaşdırılrmış proqramı həyata keçirəcək BMT-nin iki strukturu olacaq. Biz bu vəsaiti hər hansı bir ölkəyə yönəltməyi məqsəd qoymuruq. Hazırda biz məsləhətləşmələr aparırıq və bu yardımın istifadə metodunu müəyyən edirik”, - o bildirib.
Bu gün Azərbaycanın Beynəlxaq İnkişaf Agentliyinin yardımını Afrika, Asiya və Latın Amerikasının təxminən 30 ölkəsi alır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.