1 may - Beynəlxalq Əmək Günü ilə bağlı türkiyəli məşhurlar İnstaqram səhifələrində paylaşım ediblər. Onlar arasında ən diqqət çəkəni müğənni İbrahim Tatlısesin paylaşımı olub.
O, illər əvvəl fəhlə işləyərkən çəkilmiş şəklini hesabında yerləşdirərək yazıb: "Hekayəmin əvvəlində bir işçi idim, sonra iş adamı oldum. Amma işləməkdən heç vaxt yorulmadım. Əməyin və alın tərin yerini heç nə tuta bilməz. 1 may - Beynəlxalq Əmək Gününüz mübarək!"
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.