Məşhur “Chocolata” ("Papito") mahnısının ifaçısı Seeya futbol üzrə Azərbaycan kubokunun finalı üçün Qəbələyə gələcək.
Axşam.az-ın məlumatına görə, rumıniyalı müğənni mayın 28-də keçiriləcək finalda iştirak edəcək.
Seeya Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmadan öncə azarkeşləri coşduracaq. Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 28-i, saat 19:00-da keçiriləcək. Finalda meydan sahibi “Qəbələ” ilə “Keşlə” üz-üzə gələcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.