banner
banner

Şou

"Alonka"nın balaca qəhrəmanı 53 il sonra - Fotolar

"Alonka"nın balaca qəhrəmanı 53 il sonra

1965-ci ildə ilk dəfə satışa çıxarılan və hələ də satılan "Alonka" (Аленка) şokoladının üzərindəki balaca qız haqda xəbər var.

 

Axşam.az-ın xarici mediaya istinadən məlumatına görə, 53 il bundan əvvəl 8 aylıq olan Yelena Gerinas hazırda İsraildə yaşayır.

Yelena verilişlərdən birində verdiyi açıqlamada bildirib ki, şokoladın üzərindəki şəkli atası - fotoqraf Aleksandr Gerinas çəkib. Foto o qədər uğurlu alınıb ki, onu hələ 1962-ci ildə "Zdarovye" (Здоровье) jurnalının ilk nömrəsinin üz qabığına vurublar. 1964-cü ildə isə Aleksandr bu şəkli "Krasnıy Oktyabr" (Красный Октябрь) şokolad fabrikinin keçirdiyi müsabiqəyə göndərib və qalib olub. 

Yelenanın gözləri qəhvəyi, sifətinin forması isə bir az başqa olub. Şokolad kağızlarında gördüyümüz rəsmi isə bu foto əsasında rəssam Nikolay Maslov işləyib.

 

Gerinas böyüdükdən sonra həmin fotosuna görə bir qəpik də qonorar almayıb. Lakin 2000-ci ildə bu məsələ ilə bağlı "Krasnıy Oktyabr" şirkətinə qarşı məhkəməyə müraciət etsə də, uduzub.

Yelena özü tibb işçisidir. Uzun illərdir əczaçılıqla məşğuldur. Ailəlidir, iki övladı var.







Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.