Sevgilisindən mərhum aktyor haqda duyğusal paylaşım
Bir neçə gün öncə motosiklet qəzasında həyatını itirən aktyor Arda Öziri haqda sevgilisi Vildan Örnek duyğusal paylaşım edib. Vildan Arda ilə şəklini hesabında yerləşdirərək onu tanış olduğu gündən 6 il sonra itirdiyini qeyd edib:
"Həyat yoldaşım, dostum, qardaşım, sirdaşım, nə çox şey oldun həyatımda. Həyatıma girdiyin ilk gündən bəri (27.05.2012) tam 6 il sonra eyni gün itirdim səni. Sən atanın yanına getdin. Bir gün biz də gələcəyik. Həyatımda olduğun üçün sənə min dəfə təşəkkür edirəm".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.