Azərbaycan-Gürcüstan sərhədində kütləvi etiraz aksiyası
Gürcüstan-Azərbaycan sərhədindəki Laqodexi gömrük-keçid məntəqəsindəki avtomobil yolunda hərəkət dayandırılıb. Buna səbəb hər iki tərəfdən olan rayonların yerli sakinlərinin keçirdiyi etiraz aksiyasıdır.
CİA.Az “İnterfax”a istinadən xəbər verir ki, aksiya iştirakçıları magistral yolu kəsərək Azərbaycandan Gürcüstana gedən maşınların hərəkətinə imkan verməyiblər. Onlar Azərbaycan tərəfinin tətbiq etdiyi yeni qaydalardan narazı qaldıqlarını bəyan ediblər. Bildiriblər ki, aksiyaya səbəb də yeni qaydaların qəbuledilməz olmasıdır.
Aksiya iştirakçıları Gürcüstan və Azərbaycan hökumətlərinə müraciət edərək bu məsələni tezliklə həll etməyə çağırıblar.
Qeyd edək ki, “Avro 4” standartlarının tələblərinə cavab verməyən avtomobillərin sərhədi keçməsinə qadağa qoyan məhdudiyyətlər bu yaxınlarda qüvvəyə minib.
Etiraz aksiyası isə yarım saat davam edib. Bundan sonra avtomagistralda hərəkət bərpa olunub.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.