banner
banner

Sosİal

Ceyhun Əsgərovun ANS-dən çıxarıldığı təsdiqləndi

Ceyhun Əsgərovun ANS-dən çıxarıldığı təsdiqləndi

“Mən həqiqətən də ANS-dən ayrılmışam. Amma məni oradan çıxarmayıblar, öz ərizəmlə işdən azad olunmağımı istəmişəm”.

Bunu AzNews.az-a ANS ÇM-də axşam tok-şousunun aparıcısı və texniki direktoru Türkay Ələkbərov deyib. Onun sözlərinə görə, rəhbərliklə hər-hansı problemi olmayıb: “Rəhbərliklə hər-hansı problemim yox idi. Sadəcə olaraq başqa işlərim də olduğundan vaxt problemi yaşayırdım”.

Türkay Ələkbərov ANS ÇM-in baş redaktoru Ceyhun Əsgərovun işdən çıxmasını da təsdiqləyib:

”Mən işdən çıxandan bir neçə gün sonra eşitdim ki, Ceyhunu vəzifəsindən azad ediblər. Bu barədə onun özü ilə də danışmışıq”.

Qeyd edək ki, iki gün əvvəl ANS-də bir neçə rəhbər şəxsin işdən qovulması ilə bağlı yayımladığımız xəbər şirkətdə qalmaqal yaradıb. Dünən isə qovulanlar sırasında birinci olan Ceyhun Əsgərov “Anspress”ə açıqlama verərək, yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirib.

İddia olunur ki, o, belə bir yalan açıqlama verməyə məcbur edilib. Türkay Ələkbərovun dedikləri də buna sübut kimi göstərilə bilər.

Məsələ ilə bağlı əməkdaşımız Ceyhun Əsgərovla əlaqə saxlayıb. O isə bu barədə heç bir açıqlama verməyəcəyini deyərək telefonu söndürüb.

AzNews.az olaraq bir daha dəqiqləşdirdik ki, son günlərdə ANS ÇM radiosunun baş redaktoru Ceyhun Əsgərov, texniki direktor və axşam tok-şousunun aparıcısı Türkay Ələkbərovdan başqa səhər tok-şousunun aparıcısı Xəyal və prodüserlər – Südabə və Samir Abdulla da işdən azad olunublar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.