Növbəti iki gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
Növbəti iki gün ərzində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova cia.az-a açıqlamasında bildirib ki, növbəti iki gün ərzində ölkə ərazisində hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir: "Mülayim qərb küləyi əsəcək".
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində havanın temperaturu 33-38, bölgələrdə 34-39, dağlıq ərazilərdə isə 23-28 dərəcə təşkil edəcək: "Növbəti günlərdə hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.