banner
banner

Sosİal

Çaylarda suyun səviyyəsi azalıb

Çaylarda suyun səviyyəsi azalıb

Son günlər isti havaların ardınca çaylarda sululuq səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara çaylarında 50-150, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.

Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 26 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 160 m3/s olmaqla ongünlük normanın 40 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 89 m3/s olmaqla, ongünlük normanın 54 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 143 m3/s təşkil edərək ongünlük normanın 86 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Salyan məntəqələrində 2, Şirvanda 6, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb, lakin Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Surra məntəqəsində suyun səviyyəsi 335 sm (2017-ci il iyunun 29-da 382 sm), Şirvanda 189 sm (2017-ci il iyunun 29-da 277 sm), Salyanda 117 sm (2017-ci il iyunun 29-da 207 sm), Bankədə 177 sm (2017-ci il iyunun 29-da 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2017-ci il iyunun 29-da 95 sm) təşkil edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.