Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanda bu il rəsmi işsiz statusuna malik olanların sayında azalma müşahidə olunur.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "Gənclərin məşğulluğunun təşviqi üzrə aktiv əmək bazarı siyasətləri" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bu ilin iyunun 1-ə olan məlumata əsasən, iqtisadi fəal əhalinin sayı 5,1 milyon nəfər olub ki, onlardan 4,9 milyon nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olanlartəşkil edib.
M.Musayev bildirib ki, iyunun 1-ə olan məlumata əsasən, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 36,7 min nəfər olub. Onların 36,7 faizini qadınlar təşkil edib.
İşsizlik müavinətinin və işsizlikdən sığorta ödənişinin məbləği 347,4 manatdır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.