banner
banner

Şou

Cey Lo sevgilisi və 4 uşaqla istirahətdə - Fotolar

Cey Lo sevgilisi və 4 uşaqla istirahətdə

Müğənni Cennifer Lopez bir ildir sevgili olduğu beysbolçu Aleks Rodrigezlə tətilə yollanıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı ifaçı ilə 42 yaşlı idmançı bu dəfə uşaqları da özləri ilə götürüblər.

Cütlük sosial mediada tətildə çəkilmiş şəkillərini paylaşıb. Rodrigezin Lopezin övladları, sənətçinin isə İdmançının qızları ilə yaxşı yola getdiyi diqqətdən qaçmayıb.

Qeyd edək ki, Alekslə Cey Lo ötən ilin martından görüşür. Cütlük münasibətlərin ciddi olduğunu, hətta ailə qurmağa hazırlaşdığənı bildirib.

Xatırladaq ki, Cenniferin 10 yaşlı Maks və Emma adlı əkizləri müğənni Mark Entoni ilə olan nikahındandır. Rodrigezin isə birinci nikahından 13 yaşlı Nataşa, 10 yaşlı Ella adlı iki qızı var.

 





Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.