"E! Entertainment" televiziyası "Yayın ən yaxşı cütlüyü" adı altında sorğu keçirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticələrə görə, "Yayın ən yaxşı cütlüyü" "Erkenci kuş" serialının baş rol oyuncuları Demet Özdemir və Can Yaman seçilib.
60 xal toplayaraq birinci olan cütlük buna görə hər kəsə minnətdarlığını bildirib.
Siyahıda "Meleklerin aşkı" serialında oynayan Gülper Özdemir və Berkay Hardal cütlüyü 17 xalla ikinci, "Darısı Başımıza" ekran işində baş rolları paylaşan Elif Doğan və Ozan Dolunay isə 14 xalla üçüncü olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.