Sevgilisinin kefini açmaq üçün bunu etdi - Fotolar
Cem Yılmaz anası Sendegül Samyelinin səhhətində problem olduğu üçün ağır günlər keçirən sevgilisi Defne Samyelinin kefini açmağa çalışıb.
Cem sevgilisini şam yeməyinə aparıb. Dostu Ozan Güvenlə sevgilisi Ece Önen də cütlüyü tək qoymayıb.
Məşhurlar restorandan çıxanda media nümayəndələrinin suallarını cavablandırıblar. Samyeli bir neçə gün əvvəl infarkt keçirən anası haqda "İndi çox yaxşıdır. Özünə gəlib" deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.