Məşhur sima "Kurtlar Vadisi Pusu"ya geri qayıdır. ANS PRESS-in məlumatına görə, Tuncay Kantarcı yenidən serialda rol ala bilər.
Serialın sevimli xarakterlərindən biri olan Tuncay Kantarcı bir müddət "Kurtlar Vadisi Pusu"da yer alsa da sonradan səssiz-səmirsiz çəkilişlərdən uzaqlaşmışdı. Aktyorun bu addımı uzun müddət müzakirə mövzusu olmuşdu. Aktyor Osman Vöber yenidən film çəkilişləri ilə məşğul olan şirkətlə müqavilə imzalayacaq.
Aktyor filmdə Polad Alemdarın xəstəxanasının baş həkimi rolunda çıxış edib. Kantarcı "Kurtlar Vadisi"ndə də rol alan aktyorlardan olub. O, Mehmet Karahanlının baron olduğu şurada qaçaqmal işlərinə nəzarət edirdi.
Serialdakı Tuncay Kantarcı ilə adamları Abidin və Dəli Hüsnü arasındakı dialoqlar izləyiçilərə gülüş bəxş edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.