Bir zamanların sevilən aktrisası olan Yıldız Asyalı istirahətə yollanıb.
Bodruma üz tutan aktrisanın son halı hər kəsi təəccübləndirib. Belə ki, 37 yaşlı Yıldızın həddən artıq arıqlaması diqqətdən qaçmayıb. Asyalının fotoları sosial şəbəkədə yayılıb. İzləyicilər onun belə dəyişməsinin şəxsi həyatında baş verənlərlə əlaqəli olduğunu bildirib.
Qeyd edək ki, aktrisa bu ilin yanvar ayında boşanıb və bir övladı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.