banner
banner

Sosİal

"Bazar Store"-nin müştərilərə fırıldağı üzə çıxıb

"Bazar Store"-nin müştərilərə fırıldağı üzə çıxıb
"Park Bulvarda" yerləşən "Bazar Store" supermarketlər şəbəkəsinin qəribə fırıldağı üzə çıxıb.
Dünən "Park Bulvar"-da yerləşən "Bazar Store" supermarketində istehlakçı hüququ kobudcasına pozulub. Sözün əsl mənasında burada müştəriləri həyasızcasına aldadırlar.
Xırda alış-verişdə vitrindəki qiymətlərlə kassa çekindəki qiymətlərin fərqi 50 qəpikdən çox edib. Maraqlıdır, görəsən böyük məbləğda alış-veriş edən vətəndaşlar bu marketin mağazalarında nə qədər ziyana düşürlər?
Market rəhbərliyinin və işçi personalın qiymətləri artırmaları bir yana, üstündə konkret qiymətləri olan malları belə müştərilərə baha qiymətə sırıyırlar.
1,11 AZN qiyməti olan malı 1,22 AZN-ya, 0,75 AZN qiyməti olan malı isə 0,88 AZN-ya satırlar. Həmçinin supermarketdə yerli istehsal olan və istehsalçı şirkət tərəfindən bahalaşmadığı açıqlanan "Azərçay"ın vitrində kampaniyada olduğu və qiymətinin 0,82 AZN təşkil etdiyi qeyd edildiyi halda kassa çekində 1,48 AZN-ya oluğu oraya çıxır. "3-ü 1-də" olan "Nescafe"  paketlərinin ədədi vitrində 20 qəpik göstərilsə də onun da 29 qəpiyə olduğu görünür.
Diqqətinizə çatdırırıq ki, məsələ ilə bağlı əlaqədar qurumlara və istehlakçı hüquqlarının qorunması ilə birbaşa məşğul olan təşkilatlara məlumat veriləcək.(ölkə.az)


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.