banner
banner

Sosİal

Azərbaycan Avropanın 6 baza ölkəsindən biri oldu

Azərbaycan Avropanın 6 baza ölkəsindən biri oldu
Azərbaycan xərcəng xəstəliyində şüa müalicəsinin aparılması üzrə Avropanın 6 baza ölkəsindən biri olub.
Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli bildirib ki, Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın xərcəng xəstəliyində şüa müalicəsinin aparılması üçün ən müasir texnologiyalar layihələşdirilən və istehsal edən “Varian Medikal Sistems” şirkəti ilə birgə mərkəzdə təkmilləşdirmə bazası yaradılıb.
A.Kərimli bildirib ki, Azərbaycanda yaradılana qədər “Varian Medikal Sistems” şirkətinin təkmilləşdirmə bazası Avropanın 5 ölkəsində olub. Azərbaycan Avropada bu bazanın yarandığı 6-cı ölkə olub.
Baş onkoloqun sözlərinə görə, bu bazada həm xəstələrin müayinə və müalicəsi, həm də həkimlərin təkmilləşdirməsi həyata keçirilir. A.Kərimli bu işlərin müştərək şəkildə aparıldığını da nəzərə çatdırıb: “Əvvəllər bizim həkimlər ixtisasları üzrə daha da təkmilləşmək üçün başqa ölkələrə gediblər. Ancaq artıq başqa ölkələrin həkimləri təkmilləşdirmə kurslarında iştirak etməkdən ötrü Azərbaycana gələcəklər”. (trend.az)


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.