Model Kayli Cenner qızı Storminin fotolarını paylaşıb.
21 yaşını qeyd etməyə hazırlaşan Kayli fotoları paylaşaraq “Ən gözəl hədiyyəm” başlığını yazıb.
Qeyd edək ki, Kaylinin Stormi adlı qızı 25 yaşlı sevgilisi, reper Travis Scottdandır. Model hamiləliyinin 9 ayını gizli saxlayıb. Ötən gün isə Cenner hesabında maraqlı paylaşım edib. O, öz doğumundan tutmuş, Travislə tanışlığı, hamiləliyinin ilk ayı, ultrasəs müayinəsi və digər həyatının maraqlı anlarını video rolik şəklində səhifəsində izləyiciləri ilə bölüşüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.