51 yaşlı Salma Hayek "Bora-Bora adasına istirahətə yollanıb. Həyat yoldaşı Fransua-Anri Pino aktrisanı tək qoymayıb.
Salma çimərlikdə çəkdirdiyi bikinili fotolarını İnstaqram səhifəsində paylaşıb. İzləyiciləri onun 51 yaşı olmasına baxmayaraq ideal bədən quruluşunu necə qoruması ilə bağlı suallar ünvanlayıblar. Hayek "Bəzi insanların səhər idmanı üçün xüsusi hərəkətləri var. Mən isə bununla məşğul olmuram. Londonda yaşayan bir qadınla birlikdə məşq edirəm. Bu cür necə qalmağı mənə o öyrədir. Əzələlərim hər gün hərəkət etməlidir. Çünki hətta dişlərimizi belə fırçalayanda əzələ hərəkətinə ehtiyacımız olur. Əvvəlcə rahatlamaq lazımdır. Bədəninizin hərəkət etdirəcəyiniz hissəsini diqqətdə saxlayın. Çalışın idman hərəkətləri edərkən bir nöqtəyə işləyəsiniz" deyə, onlara cavab verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.