Acun İlıcalı, həyat yoldaşı Şeyma Subaşı və qızları İstanbulun Bebek bölgəsində obyektivlərə tuş gəliblər.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, İlıcalı 2,5 illik münasibətlərinin apreldə bitirən Murat Boz ve Aslı Ənvər haqqında sualları cavablandırıb.
Acun jurnalistlərə “Məncə barışacaqlar. Mənimki bir ehtimaldır. Çünki onları bir-birinə yaraşdırıram. Yenidən bir araya gəlsələr, sevinərəm. Aslı çox dəyərli biridir. Muradı da qardaşım kimi çox istəyirəm. Əlbəttə, onların öz qərarıdır” açıqlamasını verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.