Ötən gün iş adamı Selim Selimoğlu ilə nikah masasına oturan müğənni Bengü gəlinlikləri ilə yadda qalıb.
İfaçı xoş günündə 3 gəlinlik dəyişib.
O, ata evindən adi ağ donda çıxsa da, nikah kəsdirdiyi an uzun fatalı gəlinlik geyinib. Toyun sonlarına yaxın isə sənəçi qonaqlarının qarşısına yenə ağ şık libasda çıxıb. Qey edək ki, cütlüyün toyunda 600-ə yaxın qonaq iştirak edib. Selim toya ümumilikdə 1 milyon türk lirəsi xərcləyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.