banner
banner

Sİyasət

Hikmət Hacıyev: Ermənistan rəhbərliyinin münaqişəyə insan hüquqları donu geyindirməsi cəhdləri cəfəngiyatdır

Hikmət Hacıyev: Ermənistan rəhbərliyinin münaqişəyə insan hüquqları donu geyindirməsi cəhdləri cəfəngiyatdır

Ermənistan rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsinə insan hüquqları donu geyindirməsi cəhdləri və Azərbaycanın guya erməni əhali olmadan əraziləri tələb etməsi barədə iddiaları tamamilə əsassızdır və cəfəngiyatdır.

Bunu Trend-ə Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistan BMT nizamnaməsinə zidd olaraq, gücdən istifadə etməklə Azərbaycanın ərazilərini, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf regionu işğal edib və həmin ərazilərdə qondarma separatçı rejim yaradıb:

"Ermənistan Azərbaycana qarşı təcavüzünün tərkib hissəsi olaraq, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan çoxsaylı hərbi cinayətlər, insanlıq əleyhinə cinayət əməlləri törədilib.

İşğal edilmiş Dağlıq Qarabağın azərbaycanlı icmasına və ətraf rayonların sakinlərinə qarşı qanlı etnik təmizləmə törətməklə Ermənistan yerli azərbaycanlı əhali olmadan həmin əraziləri qanunsuz yolla ilhaq etmək kimi məqsədlər güddüyünü açıq şəkildə nümayiş etdirir."

PA rəsmisi qeyd edib ki, bir milyondan artıq azərbaycanlı məcburi köçkün və qaçqının ən ümdə hüquqlarını kobud şəkildə pozduğu halda, Ermənistanın insan hüquqlarından danışması hər hansı siyasi, hüquqi və mənəvi çərçivəyə sığmır:

"Bu siyasətin davamı olaraq, Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə inkar etməyə çalışır. Həmçinin, hər bir vəchlə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun yaradılmasına imkan vermir.

Fundamental insan hüquq və azadlıqları universal xarakter daşıyır və bütün insanlığa şamil olunaraq, bərabər əsasda və ayrı-seçkilik olmadan tətbiq olunmalıdır. 1993-cü il Vyana Bəyannaməsi və Fəaliyyət Proqramında təsbit olunduğu kimi, “bütün insan hüquqları universaldır, ayrılmazdır, qarşılıqlı şəkildə asılı və bağlıdır”. İnsan hüquqları üzrə beynəlxalq sənədlərdə aydın şəkildə təsbit olunub ki, başqalarının hüquqlarının pozulması halında ilə heç bir hüquq və azadlıq ifadə oluna bilməz.

Ermənistanın bu cür iddiaları işğal siyasətini gizlətmək, real vəziyyət barədə qeyri-həqiqi təəssürat yaratmaq və beynəlxalq ictimaiyyəti aldadaraq, münaqişənin əsasını təşkil edən Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin hərbi işğalı faktından diqqəti yayındırmaq cəhdlərindən başqa bir şey deyildir.

Ermənistan başa düşməlidir ki, hərbi təcavüz və qanlı etnik təmizləmə və insan hüquqlarının kütləvi şəkildə və kobud pozulması ilə müşayiət olunan vəziyyət heç vaxt legitim qəbul oluna bilməz. Ona görə də beynəlxalq ictimaiyyət yekdilliklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir".

H.Hacıyev bildirib ki, işğalçılıq siyasətinə son qoymadan və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirmədən Ermənistanın demokratik və sivil cəmiyyət qurmaq barədə iddiaları sözdən başqa bir şey deyildir:

"Monoetnik dövlət olan Ermənistandan fərqli olaraq, Azərbaycan mültikultural və inklusiv cəmiyyətə malik dövlətdir. Müxtəlif etnik və dini icmalar Azərbaycanda əsrlər boyu sülh şəraitində birgə yaşayırlar. Bu gün dövlət siyasəti ilə bu ənənələr daha da gücləndirilir.

BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması ilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgə yaşayışı üçün imkanlar yarana bilər.

Nəticə etibarilə də regionda davamlı sülh, sabitlik və təhlükəsizlik təmin olunar".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə görüşü başlayıb.

Şots: "İndi sülh fürsəti çox yaxındır"

Cia.az xəbər verir ki, Almaniyanın Baş naziri Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə keçirdiyi mətbuat konfransında Bakı ilə İrəvna arasındakı münaqişənin həllinin həmişəkindən daha yaxın olduğunu söyləyib. O, münaqişənin sülh yolu ilə həll edilməli olduğunu bildirib. Şolts deyib: "Əlbəttə ki, biz ilk növbədə Ermənistanla Azərbaycan arasındakı münaqişəni müzakirə elədik.

İlham Əliyevin Şoltsla görüşü BAŞLADI

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb.

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezident İlham Əliyevin Almaniyaya gözlənilən səfərinin Füzuli-Berlin marşrutu üzrə başlanması - azad olunmuş ərazilərdən qlobal siyasətə ilk çıxış təkcə bu unudulmaz anı tarix səhifəsinə yazmaq məqsədi daşımırdı, həm də siyasi hesablamanın tərkib hissəsidir. Və məsələ heç də Əliyevin Japarovla birlikdə Qarabağda olduğu üçün zaman trafikindən qaynaqlanmır. Füzulidən Berlinə uçan Prezidentin portfelində Azərbaycana dividentlər gətirəcək məsələlər var.

İlham Əliyev quru sərhədinin açılması ilə bağlı danışıb

“Biz təhlükəsizlik, regional inkişaf riskləri və sair haqqında danışırdıq. Ətrafımızda qeyri-sabitliyin müxtəlif sahələrini görürük. Quru sərhədinin bağlı saxlanması qərarı COVID səbəbi ilə verilib. Biz hələ də formal olaraq karantin mərhələsindəyik, amma, eyni zamanda, açıq deməliyik ki, sərhədlərin bağlı qalması qərarı təkcə buna əsaslanmır”.

Prezident 2 fərman imzaladı

Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.