banner
banner

Krİmİnal

Küçədə benzin töküb sevgilisini yandırdı

Küçədə benzin töküb sevgilisini yandırdı

Rusiyanın Krasnodar diyarında kişi küçədə sevgilisini yandırıb.

Cia.az yerli KİV-ə istinadla bildirir ki, hadisə aprelin 23-də Pamyat Lenin kəndi yaxınlığında baş verib.

Məlumata görə, salonda spirtli içki qəbul edərkən 45 yaşlı kişi ilə 43 yaşlı sevgilisi arasında münaqişə yaranıb.

Cinayətkar qadına benzin tökərək yandırıb, daha sonra onu küçəyə sürüyərək huşsuz vəziyyətdə tək qoyub.

Zərərçəkmiş tibb müəssisəsinə aparılıb və tezliklə orada dünyasını dəyişib.

Faktla bağlı Rusiya Federasiyası cinayət işi açılıb. Həmin şəxs saxlanılıb. O, əvvəllər qəsdən sağlamlığa zərər vurma, habelə ölümlə hədələmə maddəsi ilə məhkum edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İcra başçısının qardaşı oğlu: “Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”

Ötən ilin yayında Kürdəmirin Pirəköcə kəndində atasını ov tüfəngi ilə öldürən 24 yaşlı Azay Qaraşova 1 ay əvvəl 10 il həbs cəzası verildi. Lakin hadisənin dəqiq necə və hansı səbəbdən baş verməsi barədə nə ilkin istintaq, nə də məhkəmə dövründə məlumat yayılmasına imkan verildi. İşə baxan hakimlər belə qənaətə gəlmişdilər ki, məhkəmə baxışı media üçün qapalı keçirilməlidir. Yayılan məlumat isə sadəcə bu oldu: “Azay Qaraşov atasını öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edildi”.

İşıqpuluna görə qardaşını öldürdü - TƏFƏRRÜAT

2021-ci il martın 19-na keçən gecə Bakının Nəsimi rayonu Namiq Məlikov küçəsində qətl hadisəsi olur. Daxil olan məlumat əsasında ərazi üzrə rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları qeyd olunan ünvanda 1968-ci il təvəllüdlü Etibar Camalovun üzərində bıçaq xəsarətləri olan meyitini tapıblar. Hadisə zamanı yaralanan 1969-cu il təvəllüdlü Elçin Camalov Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həyatı xilas edilib.

Gömrükçülər 21 kiloqramdan artıq heroin aşkar edib

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Avstriyaya gedən yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılıb.