banner
banner

Sİyasət

Prezident İçərişəhərdə: "Adam buraya gələndə getmək istəmir"

Prezident İçərişəhərdə:
"Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur və İçərişəhər öz gözəl simasını saxlayır"
Bu fikirləri Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyində iştirak edən Prezident İlham Əliyev İçərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbəti zamanı deyib. 
Dövlətimizin başçısı qeyd edib: "İçərişəhər bizim tarixi yerimizdir. Bilirsiniz, bir neçə ildir ki, İçərişəhərin xüsusi statusu var, burada xüsusi idarəetmə yaradılıbdır. Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur və İçərişəhər öz gözəl simasını saxlayır. Dünyada belə böyük şəhərlər o qədər də çox deyil. Bir neçə ölkədə belə qədim yaşayış yerləri bizdəki kimi dövlət tərəfindən qorunur. O cümlədən Avropa və Asiya ölkələrində bu cür şəhərlər var. Amma İçərişəhərin xüsusi aurası, xüsusi cəlbedici gücü var. Adam buraya gələndə getmək istəmir. Çox şadam ki, son illər ərzində burada abadlıq işləri aparılır. Amma əsas odur ki, bu tarixi sima qorunur. Demək olar ki, indi buraya hər gün turistlər gəlir”. 
 
Prezident İlham Əliyev bildirib ki, burada həm yaşamaq üçün şərait yaradılıb, həm də ki, ictimai yerlər: "Bu gözəl şərait turistləri cəlb edir. İçərişəhərdə tarixi binalar təmir olundu. Onların bir çoxu köhnəlmişdi, sıradan çıxmışdı. İçərişəhər dünya miqyasında nadir bir yerdir”. 
 
Ölkə başçısı vaxtilə İçərişəhərin sakinlərinin köçürülməsi ilə bağlı təkliflərin qəti şəkildə əleyhinə olduğunu deyib: "Çünki İçərişəhəri yaşadan burada yaşayan insanlardır. Yəni, bu, muzey deyil, bu, yaşayış yeridir. İçərişəhərlilər, onlara xas olan həyat tərzi, mədəniyyət – bunlar bizim böyük sərvətimizdir. İçərişəhərin üstünlüyü ondadır ki, qədim dövrlərdən burada insanlar yaşayır, nəsillər gəlir, gedir. Eyni zamanda, bu, açıq səma altında bir muzeydir. Bəzi ölkələrdə belə qədim yerlər sadəcə olaraq görüntü naminə saxlanılır, turistlər gəlirlər, gəzirlər, çay, qəhvə içib gedirlər. Amma İçərişəhərdə insanlar yaşayır. Əlbəttə ki, burada yaşayan insanlar üçün yaxşı şərait yaradılıb”. 
 
Prezident Azərbaycana gələn turistlərin daha da çoxalacağını vurğulayıb: "2016-cı ildən başlayaraq turistlərin sayı hər il artır. Əsas artım 2016-cı ildə başladı. Həmin il 22 faiz artım oldu. Ondan sonra daha 20 faiz artdı. Keçən il isə artım təqribən 5 faiz olub”. 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu şəxslər pensiyaya tez çıxacaq - Sərancam

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq.

Gürcüstan ABŞ-ı çevriliş cəhdində ittiham edir

Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Dövlət Departamentinin müşaviri Derek Şolle ilə telefon danışığı zamanı Birləşmiş Ştatların Tbilisidəki keçmiş səfiri Kelli Deqnanı ölkədə inqilab ssenarilərini dəstəkləməkdə ittiham edib. Söhbət 2020-2023-cü illərdəki inqilabi proseslərdən gedir.

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam

Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.

Prezidentdən demarkasiya ilə bağlı mühüm açıqlama

Sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər.

Bu, çox mühüm beynəlxalq platformadır - Prezident

VI Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən artıq ölkənin nümayəndəsi iştirak edir. Bu, sözün əsl mənasında göstərir ki, Forum çox mühüm beynəlxalq platformadır və burada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur.