Ermənistan ordusunda əsgər çatışmazlığı - nazirlik yayılan xəbərə reaksiya verdi
Ermənistan ordusunun aldığı zərbələr səbəbindən ciddi itki verməsi Azərbaycanın Tovuz rayonu ilə həmsərhəd Tavuş vilayətində əlavə hərbi qüvvələrə ehtiyac yaradıb. Artıq vəziyyətlə əlaqədar olaraq vilayətin mərkəzi şəhəri İcevanda (tarixi adı Karvansaray) qərargah yaradılıb.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.
İşğalçı ölkənin Müdafiə Nazirliyi bu barədə Ermənistanda hərbçi çatışmazlığı ilə bağlı yayılmış məlumatları təkzib edib.
Nazirliyin İcevandakı mətbuat mərkəzinin nümayəndəsi Artsrun Ovannisyan deyib ki, vəziyyət nəzarət altındadır, indiki halda ehtiyat canlı qüvvəyə ehtiyac yoxdur. O əlavə edib ki, son 18 saat ərzində cəbhədə aktivlik aşağı düşüb. Bu, həm də ondan xəbər verir ki, döyüşlər qızışsa, Ermənistan ölkədə səfərbərlik etməyə vadar olacaq.
Xatırladaq ki, Ermənistanda ordudan yayınıb Rusiyaya qaçan gənclərin sayı minlərlədir, hakimiyyət də bunu təsdiqləyib. Bu mənada mümkündür ki, yenidən ajiotaj yaratmamaq üçün əsgər çatışmazlığı barədə məlumatı hələlik təsdiqləmirlər.
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına dair razılşamanı Ermənistanda vəziyyəti qarışdırmaq üçün istifadə etməyə çalışan millətçi və rusiyapərəst müxalif qüvvələr yeni təxribatlara əl atırlar.
Sərhədsiz Reportyorlar Təşkilatı (Reporters Without Borders -RWB) 2024-cü il üçün "Dünya Mətbuat Azadlığı İndeksi" ("World Press Freedom Index-2024") adlı yeni hesabatını açıqlayıb.
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi üzrə təqsirləndirilən nazirliyin müxtəlif hərbi hissələrində maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərov həbs edilib.
Cia.az xəbər verir ki, Gürcüstanı çalxalayan, ölkədə günlərlə etiraz və dəstək nümayişlərinin keçirilməsi ilə gündəmdə qalan "Xarici təsirin şəffaflığı" adlı qanun layihəsinin növbəti oxunuşundan əvvəl parlamentdə hakim partiya ilə müxalifəti təmsil edən deputatlar arasında əlbəyaxa dava baş verib.