İCRA NÜMAYƏNDƏSİ VƏ BƏLƏDİYYƏ SƏDRİ HAQQINDA ŞOK İDDİA – Dövlətdən külli miqdarda pul “oğurlamaqda” ittiham edilirlər…
Qəbələ rayonu, Kürd kənd sakini Alıyarov Təbriz Baxış oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, rayon İcra Hakimiyyəti və Bələdiyyə əlbir olub, sakinlərin torpaq sahələrini mənimsəyiblər:
"Mən, Alıyarov Təbriz Baxış oğlu, yazaraq sizdən xahiş edirəm ki, bizim problemimizi işıqlandırasınız.
Şikayətim kəndimizin keçmiş icra nümayəndəsi Alıyev Eyyub Hüseyn oğlu və onun qardaşı oğlu, Bələdiyyənin hazırkı sədri Hüseynli Əlitoğrul (Ərtoğrul) Namiq oğlundandır.
Onu da qeyd edim ki, Bələdiyyə sədri hərbi xidmətdə belə olmayıb, diplomu isə saxtadır. Rusiyadan gələn kimi qohumu onu vəzifəyə qoyub.
Mənim şikayətimin əsas mövzusu bundan ibarətdir ki, Alıyev torpaq islahatı gedən vaxtlar komissiyanın sədri olub.
700 hektardan artıq torpağımızı saxta sənədlərlə başqalarına satıb. İndi də həmin qanunsuzluğu qardaşı oğlu edir. Şəxsən mənim payımı da mənimsəyiblər. Kəndimizin əlverişli şəraiti üçün ayrılan 11 hektar torpağın 8 hektarını özü və qardaşı oğlu mənimsəyib.
Biz sakinlər torpaqsız qalmışıq, amma bunlar vəzifələrindən sui-istifadə edərək, xeyli sahəni mənimsəyiblər. Hətta dəmiryolu çəkilən vaxt hiylə işlədərək, guya həmin ərazidə bunların əkin sahəsi yox, fındıq bağları olduğunu bildirdilər. Məsələn, böyük qardaşı Alıyev Nemət Hüseyn oğlunun 69 sot torpaq sahəsi var idisə, dövlət tərəfindən ona ayrılan pul 2098 manat olmalı idi, amma bunlar saxta sənədlərlə ərazinin pulunu 17403 manat təyin etdilər. Bütün qohum-əqrəbasına saxta sənədlər düzəldərək, dövlətdən artıq pullar alıblar. Ümumilikdə, dövlət büdcəsinə 42 min 315 manat ziyan vurublar.
Bundan əlavə, kəndimizin fermasında olan 1000 başdan artıq iribuynuzlu heyvanların hamısını satıb, pullarını mənimsəyiblər. Bunun kimi bir çox yeyintilər olub. Əlim çatan hər yerə şikayət etsəm də, sanki rəsmi şəxslərin gözlərində problem varmış kimi, həqiqəti görmək istəmirlər.
Qəbələ rayonunun icra başçısı Səbuhi Abdullayev də bunlara dəstək olaraq, cinayətlərinin açılmasına imkan vermir.
102 hektar torpaq sahəsini başqa şəxslərə icarəyə veriblər. Qanunla qeyri-qanunidir, amma bunlara qanun təsir etmir.
Məhkəmələr mənsiz keçirilir, onların xeyrinə qərar qəbul edilir. Bu haqsızlıq deyil, bəs nədir?!
Qəbələ Rayon Məhkəməsinin hakimi Əliyev Abbas Baba oğlu hələ bir dəfə də olsun məni məhkəməyə çağırtdırmayıb. Əlimdə başqa sübütlarım da var.
Hörmətli redaksiya! Xahiş edirəm, səlahiyyətli şəxslərin mənim işimin araşdırmasına mənə kömək edin”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
İmişli rayon sakini İntiqam Əvəzov ailələrinə məxsus bazarın qanunsuz şəkildə əllərindən alındığını iddia edib. O bildirib ki, bu proses Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin göstərişləri ilə həyata keçirilib.
Hurriyyet.az xəbər verir ki, Globalinfo.az-a müraciət edən şəxs atası, mərhum Rüstəm Əvəzovun 1995-ci ildən İmişli rayon kolxoz bazarının müdiri olduğunu bildirib.
1999-cu ildə “Özəlləşdirmənin 1-ci Dövlət Proqramı” çərçivəsində keçirilən hərracda Rüstəm Əvəzov, eləcə də onun qardaşları Əvəz və Məcnun Şükürovlar müəssisənin 55 faiz səhmini qanuni yolla əldə ediblər. Ailənin sözlərinə görə, bu faktı təsdiqləyən sənədlər – hərrac protokolu, səhm sertifikatları və səhmdar reyestrləri bu gün də onların əlindədir.
Şikayətçilər iddia edirlər ki, 2000-ci ildə keçmiş deputat və Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin biznes ortağı Əziz Quliyev adlı şəxs özəlləşdirmənin nəticələrinin ləğvi tələbi ilə məhkəməyə müraciət edib. Onların sözlərinə görə, uzun illər davam edən məhkəmə çəkişmələrində əvvəlki instansiyalar ailənin xeyrinə qərar versə də, Ali Məhkəmə Ramiz Mehdiyevin müdaxiləsi ilə Əziz Quliyevin xeyrinə qərar çıxarıb. Bunun nəticəsində ailə bazardan məhrum olub.
İ.Əvəzovun sözlərinə görə, bu ədalətsizlik onların maliyyə cəhətdən çökməsinə və ailə faciələrinə səbəb olub. Belə ki, atası Rüstəm Əvəzov 2002-ci ildə, əmisi Məcnun Şükürov isə 2020-ci ildə ağır stress nəticəsində dünyasını dəyişib.
Şikayətçilər bildirirlər ki, Ramiz Mehdiyev vəzifədən uzaqlaşdırıldıqdan və barəsində araşdırmalar başladıqdan sonra ədalətin bərpa olunacağına ümid yaranıb.
Onlar hesab edirlər ki, Mehdiyevin göstərişləri ilə hərəkət edən şəxslər, o cümlədən Əziz Quliyevin də əməlləri araşdırılmalıdır:
“Əziz Quliyev 25 ildən artıqdır ki, İmişli bazarını qanunsuz olaraq əlində saxlayır, vergidən yayınmaqla böyük sərvət qazanıb. Onun barəsində qanunsuz varlanma, özgə əmlakını ələ keçirmə və vergidən yayınma faktları üzrə ciddi araşdırma aparılmalıdır”.
Bundan başqa, şikayətçi onların xəbəri olmadan 25 il öncə Nəsimi rayonunda məhkəmənin keçirildiyini bildirib:
“Maraqlıdır ki, məhkəmə Əziz Quliyevin xeyrinə qərar çıxarmışdı. Bunun əsasında Xətai rayon Məhkəməsinə müraciət edib, qalib gəldik. Bunlar isə Ulu Öndər Heydər Əliyevin sayəsində baş tutdu. Çünki əmim Heydər Əliyevə məktub ünvanlamışdı deyə, işimizə baxılması üçün tapşırıq verilmişdi. Lakin məhkəmə qərarı icra olunmadı. Özləri də dedilər ki, onlara təzyiq göstərilir. Hətta Apelyasiya Məhkəməsi də xeyrimizə qərar çıxardı. Amma 8 aydan sonra iş Ali Məhkəməyə verildi və onların xeyrinə qərar verildi. Onda da hakim Südabə xanım idi. Adam açıq şəkildə bizə dedi ki, mən işi sizin xeyrinizə çıxarsam, məni Mehdiyev ailəsi öldürəcək”.
İntiqam Əvəz 25 ildən sonra məsələnin işıqlandırılmasını belə izah edib:
“Ramiz Mehdiyevə görə heç kim işimizə ədalətli yanaşa bilmirdi. Biz gözləyir və inanırdıq ki, nə vaxtsa Ramiz Mehdiyev vəzifədən kənarlaşdırılacaq və ya dünyasını dəyişəcək. İndi isə ölmədi, amma ölməkdən daha pis hala düşdü. Adam Vətən xaini kimi ifşa olundu”.
Göyçay sakini, ictimai fəal Məhəmmədəli Səmədov tərəfindən "Hürriyyət"in redaksiyasına məktub daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
Bu gün bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş Konsulluğunda mühasib və baş konsulun 200 min ABŞ dolları dövlət vəsaitini mənimsədiyi barədə iddialar yayılıb. Bir müddət bundan əvvəl isə Azərbaycan Respublikasının Koreya Səfirliyində də 300 min ABŞ dolları dövlət vəsaitinin mənimsənilməsi halının baş verdiyi ilə bağlı iddialar yayılıb və bildirilib ki, Xarici İşlər Nazirliyində bu məsələlər ört-basdır edilir və bu şəxslərə qarşı cinayət işi açılmır.
Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti rayonun Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən torpaq sahəsini eyni anda iki şirkətə satıb.
Sumqayıt şəhər İcra Hakimiyyətində bir məmur var. Şəhər sakinləri arasında “Ağbaş” ləqəbi ilə tanınır. Bəziləri isə onu özü ağırlığında qızılı olan məmur kimi də xatırlayır.
Babək rayonu, Xəlilli kənd sakini Quliyev Əmrah Məhərrəm oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Babak Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi dövlət tərəfindən ayrılan dərmanları onlara verməkdən imtina edir:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (“Azərsu”) yay-qış demədən Bakı sakinlərini su ilə sınağa çəkməkdə davam edir. Məsələn, Xətai rayonu ərazisində dünən günorta saatlarından etibarən yenə su kəsilib. Bunun səbəbi haqda əvvəlcədən istehlakçılara məlumat verilməməsi bir yana, suyun nə vaxt veriləcəyi də bəlli deyil. Çünki Agentliyin 955 Çağrı Mərkəzinə düşmək mümkün deyil.