Köçkünlər geri qayıdır: boşalan mənzilləri satırlar? - AKTUAL
Məcburi köçkünlərin Bakıda və digər bölgələrdə müvəqqəti məskunlaşdıqları fərdi evlər və mənzillər dövlətin xüsusi təyinatlı yaşayış fonduna məxsusdur. Buna görə də məcburi köçkünlərin həmin ev və mənzilləri satmaq və ya başqasına bağışlamaq hüququ yoxdur.
Cia.az xəbər verir ki, bu sözləri axar.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına köçürüldükdən sonra boşalan mənzilləri satışa çıxardıqları barədə sosial şəbəkələrdə yayılan məlumatlar barədə danışarkən deyib.
O bildirib ki, bu barədə yayılan məlumatlar tamamilə əsassızdır:
“Tutaq ki, hansısa məcburi köçkün yaşadığı mənzili satışa qoyub, axı onun hansı sənədi var ki, onun əsasında da mənzili satsın? Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları fərdi evlər və mənzilləri dövlətin xüsusi təyinatlı yaşayış fonduna məxsus olduğu üçün boşaldır və aidiyyəti üzrə təhvil verirlər. Çünki vaxtilə məcburi köçkün ailələrinə dövlət tərəfindən fərdi ev və ya mənzil verilərkən onların burada müvəqqəti – işğal altındakı ərazilər azad edilənə və həmin ərazilərə qayıdış üçün şərait yaradılana qədər yaşaması nəzərdə tutulub”.
İ.Mirzəyev əlavə edib ki, azad olunmuş ərazilərə ilk mərhələdə yataqxanalarda, bağça, məktəb, idarə və müəssisələrin inzibati binalarında məskunlaşan keçmiş məcburi köçkünlər köçürülür:
“Baxın, bir nəfər də olsun Qobu qəsəbəsində məskunlaşan məcburi köçkün azad olunan ərazilərə köçürülməyib. Lakin Bakıda və digər bölgələrdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərin azad olunan ərazilərə köçürülməsi üçün təyin olunmuş toplanış məntəqəsi Qobuda yerləşir. Bütün keçmiş məcburi köçkünlər də buradan köçürülür. Buna görə də bir çoxu elə bilir ki, Qobuda yaşayan keçmiş məcburi köçkünlər köçürülür”.
Mətbuat xidmətinin rəhbəri onu qeyd edib ki, bu günə qədər ümumilikdə 1384 ailə - 5443 nəfər azad olunmuş ərazilərə köçürülüb:
“Füzuli şəhərinə 527 ailə - 1969 nəfər, Laçın şəhərinə 451 ailə - 1705 nəfər, Zəngilan rayonunun Ağalı kəndinə 175 ailə - 871 nəfər, Tərtər rayonunun Talış kəndinə 20
Bu gün Bakıda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Adətən Azərbaycanda bayram günlərində rəsmi tədbirlər səhər saatlarında keçirilsə də, bugünkü parad günorta başlayacaq.Cia.az-ın əldə etdiyi məlumata görə, Azadlıq meydanında təşkil olunacaq tədbirin 13:00-da başlanacağı gözlənilir. Bu dəyişiklik Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın təyyarəsinin Bakıya saat 13:00 radələrində eniş etməsi ilə bağlıdır. Qardaş ölkənin rəhbəri gəldikdən sonra rəsmi tədbirə - hərbi parada start veriləcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı rəsmi İnstaqram hesabında paylaşım edib.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan oğlu Teymur Mehdiyevin işdən çıxarılacağı iddia olunsa da, bu xəbərlər təsdiqini tapmadı.
Bir faktı istintaq orqanlarına çatdırıram. Təxminən 2010-cu illər Ramiz Mehdiyev öz şəbəkəsini üstümə salan vaxtı Azərbaycanda hörmətli bir professor mənə çox maraqlı bir faktı açıqlamışdı. Onun dediyinə görə özü Gürcüstanın Qaradabani rayonunun Roza kəndində anadan olub. Mən də həmin rayonda böyüdüyümdən araşdırmam zamanı bildim ki, hal-hazırda həmin kənd mövcud deyil və bir çox başqa yaşayış məntəqələri ilə birləşdirilib hazırda Yenikənd, yaxud Təzəkənd adlanır. R.Mehdiyevin həyat yoldaşı da həmin kənddə boya-başa çatıb və riyaziyyata maraqlı olub. Onun namizədlik və doktorluq dissertasiyalarının müdafiəsində professorun xüsusi rolu olub. Keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarının xaç atası kimi tanınan Yevgeni Primakovun birinci həyat yoldaşı Laura Vasilyevna Xaradze də həmin kənddə doğulub, böyüyüb və Qalinanın dost doğma əmisi, ya dayısı qızıdır.