Prezidentin Təhlükəsizlik Xidmətində kadr islahatı həyata keçirilib.
Cia.az Teleqraf-a istinadən xəbər verir ki, Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi, polkovnik Abdulla Mirzəliyev pensiya yaşına çatması ilə əlaqədar təqaüdə göndərilib.
Qeyd edək ki, xəbəri ilk olaraq Unikal.az saytı yayımlayıb.
Bu gün Bakıda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Adətən Azərbaycanda bayram günlərində rəsmi tədbirlər səhər saatlarında keçirilsə də, bugünkü parad günorta başlayacaq.Cia.az-ın əldə etdiyi məlumata görə, Azadlıq meydanında təşkil olunacaq tədbirin 13:00-da başlanacağı gözlənilir. Bu dəyişiklik Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın təyyarəsinin Bakıya saat 13:00 radələrində eniş etməsi ilə bağlıdır. Qardaş ölkənin rəhbəri gəldikdən sonra rəsmi tədbirə - hərbi parada start veriləcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı rəsmi İnstaqram hesabında paylaşım edib.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan oğlu Teymur Mehdiyevin işdən çıxarılacağı iddia olunsa da, bu xəbərlər təsdiqini tapmadı.
Bir faktı istintaq orqanlarına çatdırıram. Təxminən 2010-cu illər Ramiz Mehdiyev öz şəbəkəsini üstümə salan vaxtı Azərbaycanda hörmətli bir professor mənə çox maraqlı bir faktı açıqlamışdı. Onun dediyinə görə özü Gürcüstanın Qaradabani rayonunun Roza kəndində anadan olub. Mən də həmin rayonda böyüdüyümdən araşdırmam zamanı bildim ki, hal-hazırda həmin kənd mövcud deyil və bir çox başqa yaşayış məntəqələri ilə birləşdirilib hazırda Yenikənd, yaxud Təzəkənd adlanır. R.Mehdiyevin həyat yoldaşı da həmin kənddə boya-başa çatıb və riyaziyyata maraqlı olub. Onun namizədlik və doktorluq dissertasiyalarının müdafiəsində professorun xüsusi rolu olub. Keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarının xaç atası kimi tanınan Yevgeni Primakovun birinci həyat yoldaşı Laura Vasilyevna Xaradze də həmin kənddə doğulub, böyüyüb və Qalinanın dost doğma əmisi, ya dayısı qızıdır.