SON DƏQİQƏ! Müharibəyə hazırlıq başladı - Bu ölkədə toplanma məntəqəsi qurulur
ABŞ ordusu Venesuelada mümkün hərbi əməliyyatlara hazırlıq məqsədilə bölgədə yeni toplanma məntəqəsi qurur.
Cia.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi peyk görüntülərinə əsaslanaraq yayıb.
Məlumata görə, Puerto Rikoda uzun illər fəaliyyətsiz qalan Ruzvelt-Rouds adlı ABŞ Hərbi Dəniz Qüvvələri bazasında 7 sentyabr tarixindən tikinti işlərinə başlanılıb. Ərazidə uçuş-enmə zolağına çıxan yolların bərpası və yenilənməsi istiqamətində işlər görülür.
Bundan əlavə, ABŞ hakimiyyəti Puerto Riko və ABŞ Virgin adalarına daxil olan Sent-Krua adasındakı hava limanlarının infrastrukturunu da genişləndirməyə başlayıb.
Ekspertlər bu addımı Vaşinqtonun regionda mümkün əməliyyatlara hazırlaşması kimi qiymətləndirir.
Liviya Milli Birlik Hökuməti noyabrın 6-da 2015-ci ildə Beyrutda həbs edilmiş Liviya lideri (1969-2011) Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafinin azad edildiyini elan edib.
“Şahin Bal Aseman” şirkətinə məxsus yüngül mühərrikli təyyarə Təbriz hava limanının uçuş-enmə zolağına enərkən idarəetməni itirib və hava limanının yan binalarından biri ilə toqquşub.
Moskvanın Domodedovo və Jukovski hava limanlarında təyyarələrin eniş və uçuşları ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Cia.az xəbər verir ki, barədə “Rosaviasiya”dan məlumat verilib.