banner
banner

Gündəm

İcra Hakimiyyətlərinin ləğvi yenidən gündəmə gəldi

İcra Hakimiyyətlərinin ləğvi yenidən gündəmə gəldi

.Oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Balakən rayon icra hakimiyyətində əməliyyat keçirlib. Əməliyyatlar zamanı rayonun icra başçısı İslam Rzayev saxlanılıb.

Bundan sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Başçının müavinləri saxlanılıblar. 

Son əməliyyatlar İcra hakimiyyətləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.  Belə ki, İcra hakimiyyətlərinin ləğv edilməsi ilə bağlı müəyyən təkliflər səsləndirilir.

Bu daha çox İcra hakimiyyətlərinin artıq özünü doğrultmaması, yeni yaradılan Prezidentin xüsusi nümayəndəliyi institutunun daha səmərəli fəaliyyəti ilə əsaslandırılır.

Hurriyyet.az xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bildirib ki, İcra hakimiyyətləri müxtəlif islahatlara məruz qalmalıdır:

“Düşünürəm ki, yerli İcra hakimiyyəti orqanları qurum kimi islahatlara məruz qalmalıdır. Lakin İcra hakimiyyəti orqanlarının ləğvi ilə bağlı məsələnin aktual olacağını düşünmürəm. Yerli İcra hakimiyyətləri ərazi vahidlərində icranı həyata keçirən orqanlardır. İcra başçıları Prezident tərəfindən təyin olunur və ona  hesabat verirlər. Onunla razıyam ki, Prezidentin Xüsusi Nümayəndəliyi institutu səmərəliliyini tam doğrulda bilib. Amma unutmayaq ki, xüsusi nümayəndəliklərin əhatə etdiyi ərazilərdə bu gün İcra hakimiyyəti orqanları da mövcuddur, ləğv olunmayıblar. İslahat dedikdə, biz müxtəlif modelləri nəzərdən keçirə bilərik. Məsələn, bu gün Naxçıvan Muxtar Respublikasında Prezidentin Xüsusi Nümayəndəliyi var. Bununla yanaşı, orada yerli İcra hakimiyyəti orqanları da fəaliyyət göstərir. Bu, hər iki qurumun birlikdə çalışa biləcəyini göstərir. Yerli İcra hakimiyyəti orqanları ləğv olunsa, həmin ərazi vahidlərində insanlarımız hara müraciət edəcəklər, rayonun müxtəlif qurumları ilə kim işləyəcək? Nəzərə alaq ki, mərkəzi hakimiyyət orqanları regionallaşma prosesinə start veriblər. Rayonların özlərində İcra hakimiyyətləri var ki, onlar fəaliyyətləri əlaqələndirir. İndi İcra hakimiyyətləri orqanları ləğv olunsa, kim bu məsələni əlaqələndirəcək? Xüsusi Nümayəndəliyə bir yox, bir-neçə rayon daxil olacağı nəzərə alınmalıdır. Burada müəyyən boşluqlar, uyğunsuzluqlar var. Düşünürəm ki, yerli İcra hakimiyyətlərinin ləğvindən danışmamalıyıq. Yerli İcrahakimiyyətlərinin fəaliyyətinin yenilənməsi, onun statusuna yenidən baxılması, səlahiyyətləri haqda islahatların həyata keçirilməsinə zərurət var. Onların daha səmərəli şəkildə fəaliyyət göstərməsi üçün, təbii ki, qanunvericilikdə dəyişiklik zəruridir və bu zamanın tələbidir".

Deputat vurğulayıb ki, hər hansı fundamental dəyişiklik, islahat olarsa, konstitusiyada da dəyişiklik edilməsi nəzərdə tutula bilər:

"Yerli İcra hakimiyyəti orqanlarının fəaliyyətinin təşkili, statusu, səlahiyyətləri ilə bağlı məsələlər Milli Məclisin müzakirə etdiyi məsələlərə aid deyil. Bu, müstəsna olaraq, cənab Prezidentin səlahiyyətlərinə aiddir. Bu gün də yerli İcra hakimiyyəti orqanları 2012-ci ildə cənab Prezidentin fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyəti orqanları haqqında” Əsasnamə əsasında fəaliyyət göstərir. Hər hansı dəyişikliklər olarsa, bu, cənab Prezidentin fərmanı ilə tənzimlənə bilər. Ona görə də, əvvəlcədən nəsə deməyimiz mümkün deyil. Əgər belə bir zərurət yaranarsa, təbii ki, bax bu üsulda dəyişikliklər ediləcək. Onu da unutmayaq ki, yerli İcra hakimiyyəti orqanları haqda müddəalar milli Konstitusiyamızda da yer alıb. Yəqin ki, bu istiqamətdə hər hansı fundamental dəyişiklik, islahat olarsa, Konstitusiyada da dəyişiklik edilməsi nəzərdə tutula bilər".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Parad niyə saat 1-də başlayacaq?

Bu gün Bakıda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Adətən Azərbaycanda bayram günlərində rəsmi tədbirlər səhər saatlarında keçirilsə də, bugünkü parad günorta başlayacaq.Cia.az-ın əldə etdiyi məlumata görə, Azadlıq meydanında təşkil olunacaq tədbirin 13:00-da başlanacağı gözlənilir. Bu dəyişiklik Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın təyyarəsinin Bakıya saat 13:00 radələrində eniş etməsi ilə bağlıdır. Qardaş ölkənin rəhbəri gəldikdən sonra rəsmi tədbirə - hərbi parada start veriləcək.

Ramiz Mehdiyevin general oğluna qadağa qoyuldu

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan oğlu Teymur Mehdiyevin işdən çıxarılacağı iddia olunsa da, bu xəbərlər təsdiqini tapmadı.

Mehdiyevin Rusiya xüsusi xidmət orqanlarının rəhbəri ilə qohum olduğu üzə çıxdı – FAKTLAR

Bir faktı istintaq orqanlarına çatdırıram. Təxminən 2010-cu illər Ramiz Mehdiyev öz şəbəkəsini üstümə salan vaxtı Azərbaycanda hörmətli bir professor mənə çox maraqlı bir faktı açıqlamışdı. Onun dediyinə görə özü Gürcüstanın Qaradabani rayonunun Roza kəndində anadan olub. Mən də həmin rayonda böyüdüyümdən araşdırmam zamanı bildim ki, hal-hazırda həmin kənd mövcud deyil və bir çox başqa yaşayış məntəqələri ilə birləşdirilib hazırda Yenikənd, yaxud Təzəkənd adlanır. R.Mehdiyevin həyat yoldaşı da həmin kənddə boya-başa çatıb və riyaziyyata maraqlı olub. Onun namizədlik və doktorluq dissertasiyalarının müdafiəsində professorun xüsusi rolu olub. Keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarının xaç atası kimi tanınan Yevgeni Primakovun birinci həyat yoldaşı Laura Vasilyevna Xaradze də həmin kənddə doğulub, böyüyüb və Qalinanın dost doğma əmisi, ya dayısı qızıdır.