banner
banner

Gündəm

Bakıda Zəfər Günü bu yollar bağlı olacaq - Siyahı

Bakıda Zəfər Günü bu yollar bağlı olacaq - Siyahı

Bakıda 8 noyabr - Zəfər Günü ilə bağlı keçiriləcək tədbirə hazırlıq məqsədilə noyabrın 5-6-da səhər saat 10:00-dan 16:00-dək məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin siyahısı açıqlanıb.

Cia.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Bakı Su İdman Sarayından, Teleteatr binasının yanından və Şeyx Şamil küçəsindən Azneft dairəsi istiqamətinə, Neftçilər prospekti, Z.Əliyevə, Ü.Hacıbəyli və 8 Noyabr prospektinin bir hissəsi, Ağ Şəhər Bulvarı, X.Rüstəmov küçəsindən Y.Səfərov küçəsinə qədər hərəkət məhdudlaşdırılacaq.

Paytaxtın cənub giriş qapısından sürücülər "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla "20 Yanvar" və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət edə bilərlər.

Eyni zamanda, 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.

Şəhərin mərkəzindən Xətai və Nizami rayonlarına doğru hərəkət etmək istəyən sürücülər Ş.Bədəlbəyli, Azadlıq prospekti, Nizami və Y.Səfərov küçəsindən keçməklə hərəkət edə bilərlər. H.Əliyev prospektindən Yasmal və digər istiqamətlərə gedən sürücülər isə Y.Səfərov küçəsindən keçməklə 28 May, R.Behbudov, Fizuli və A.Şaiq küçələrindən hərəkət edərək keçə bilərlər.

"Məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin giriş və çıxışlarında DYP əməkdaşları tərəfindən xidmət təşkil edilərək nəqliyyat vasitələri alternativ istiqamətlərə yönləndiriləcək. Yol hərəkəti iştirakçılarından qeyd edilən məhdudiyyətləri nəzərə alaraq fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Parad niyə saat 1-də başlayacaq?

Bu gün Bakıda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Adətən Azərbaycanda bayram günlərində rəsmi tədbirlər səhər saatlarında keçirilsə də, bugünkü parad günorta başlayacaq.Cia.az-ın əldə etdiyi məlumata görə, Azadlıq meydanında təşkil olunacaq tədbirin 13:00-da başlanacağı gözlənilir. Bu dəyişiklik Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın təyyarəsinin Bakıya saat 13:00 radələrində eniş etməsi ilə bağlıdır. Qardaş ölkənin rəhbəri gəldikdən sonra rəsmi tədbirə - hərbi parada start veriləcək.

Ramiz Mehdiyevin general oğluna qadağa qoyuldu

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan oğlu Teymur Mehdiyevin işdən çıxarılacağı iddia olunsa da, bu xəbərlər təsdiqini tapmadı.

Mehdiyevin Rusiya xüsusi xidmət orqanlarının rəhbəri ilə qohum olduğu üzə çıxdı – FAKTLAR

Bir faktı istintaq orqanlarına çatdırıram. Təxminən 2010-cu illər Ramiz Mehdiyev öz şəbəkəsini üstümə salan vaxtı Azərbaycanda hörmətli bir professor mənə çox maraqlı bir faktı açıqlamışdı. Onun dediyinə görə özü Gürcüstanın Qaradabani rayonunun Roza kəndində anadan olub. Mən də həmin rayonda böyüdüyümdən araşdırmam zamanı bildim ki, hal-hazırda həmin kənd mövcud deyil və bir çox başqa yaşayış məntəqələri ilə birləşdirilib hazırda Yenikənd, yaxud Təzəkənd adlanır. R.Mehdiyevin həyat yoldaşı da həmin kənddə boya-başa çatıb və riyaziyyata maraqlı olub. Onun namizədlik və doktorluq dissertasiyalarının müdafiəsində professorun xüsusi rolu olub. Keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarının xaç atası kimi tanınan Yevgeni Primakovun birinci həyat yoldaşı Laura Vasilyevna Xaradze də həmin kənddə doğulub, böyüyüb və Qalinanın dost doğma əmisi, ya dayısı qızıdır.