banner
banner

Gündəm

BDYPİ: Yağışlı hava yollarda diqqət, məsuliyyət və səbr tələb edir

BDYPİ: Yağışlı hava yollarda diqqət, məsuliyyət və səbr tələb edir

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən yağışlı və çiskinli hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir. Belə hava şəraitində yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və tormoz məsafəsinin uzanması sürücülər və piyadalar üçün əlavə çətinliklər yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək hava və yol şəraitinə uyğun olaraq ehtiyatlı hərəkət etməyi, sürət həddini azaltmağı, ara məsafəsini artırmağı və avtomobilin texniki sazlığını – xüsusilə işıq cihazları və şüşəsilənləri – yoxlamağı xatırladır. 

Eyni zamanda, piyadalar da belə hava şəraitində daha diqqətli olmalı, yalnız müəyyən edilmiş keçidlərdən istifadə etməli, səki ilə hərəkət etməli və mümkün qədər açıq rəngli, işıq əks etdirici elementləri olan geyimlərə üstünlük verməlidirlər. Bu, onların yolda daha tez görünməsini və təhlükəsiz hərəkətini təmin edir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarını ehtiyatlı olmağa, qaydalara əməl etməyə və hər addımda təhlükəsizliyi seçməyə çağırır.

Hurriyyet.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Parad niyə saat 1-də başlayacaq?

Bu gün Bakıda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Adətən Azərbaycanda bayram günlərində rəsmi tədbirlər səhər saatlarında keçirilsə də, bugünkü parad günorta başlayacaq.Cia.az-ın əldə etdiyi məlumata görə, Azadlıq meydanında təşkil olunacaq tədbirin 13:00-da başlanacağı gözlənilir. Bu dəyişiklik Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın təyyarəsinin Bakıya saat 13:00 radələrində eniş etməsi ilə bağlıdır. Qardaş ölkənin rəhbəri gəldikdən sonra rəsmi tədbirə - hərbi parada start veriləcək.

Ramiz Mehdiyevin general oğluna qadağa qoyuldu

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan oğlu Teymur Mehdiyevin işdən çıxarılacağı iddia olunsa da, bu xəbərlər təsdiqini tapmadı.

Mehdiyevin Rusiya xüsusi xidmət orqanlarının rəhbəri ilə qohum olduğu üzə çıxdı – FAKTLAR

Bir faktı istintaq orqanlarına çatdırıram. Təxminən 2010-cu illər Ramiz Mehdiyev öz şəbəkəsini üstümə salan vaxtı Azərbaycanda hörmətli bir professor mənə çox maraqlı bir faktı açıqlamışdı. Onun dediyinə görə özü Gürcüstanın Qaradabani rayonunun Roza kəndində anadan olub. Mən də həmin rayonda böyüdüyümdən araşdırmam zamanı bildim ki, hal-hazırda həmin kənd mövcud deyil və bir çox başqa yaşayış məntəqələri ilə birləşdirilib hazırda Yenikənd, yaxud Təzəkənd adlanır. R.Mehdiyevin həyat yoldaşı da həmin kənddə boya-başa çatıb və riyaziyyata maraqlı olub. Onun namizədlik və doktorluq dissertasiyalarının müdafiəsində professorun xüsusi rolu olub. Keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarının xaç atası kimi tanınan Yevgeni Primakovun birinci həyat yoldaşı Laura Vasilyevna Xaradze də həmin kənddə doğulub, böyüyüb və Qalinanın dost doğma əmisi, ya dayısı qızıdır.