banner
banner

Gündəm

Bakı metrosunda şüşə arakəsmələr QURAŞDIRILACAQ? - Rəsmi AÇIQLAMA

Bakı metrosunda şüşə arakəsmələr QURAŞDIRILACAQ? - Rəsmi AÇIQLAMA

Ötən illər ərzində bir neçə nəfər "Bakı Metropoliteni"nin stansiyalarında relslərin üzərinə yıxıldıqdan sonra mühafizənin gücləndiyinə şahid olduq. Xüsusilə səhər saatlarında bir yox, iki nəzarətçinin sıxlığı tənzimləməsi artıq öyrəşdiyimiz reallıqdır. Niyyət yaxşı olsa da, rəftarla bağlı eyni fikri səsləndirmək çətindir. Nəzarətçilər bəzən hərbi ilə vətəndaş rəftarını qarışdırırlar, sərnişinlərin üzərinə qışqırırlar.

Bəs bu qədər qəliz və məsuliyyət tələb edən bir variant yerinə beynəlxalq praktikadan nümunə götürmək mümkün deyilmi?

Məsələn, bəzi ölkələrdə "platforma təhlükəsizlik qapısı" praktikasına rast gələ bilərik. Belə ki, şüşə arakəsmələr həm sərnişinlərin növbə sistemini tənzimləyir, həm də təhlükəsizliyin təmin olunması üçün istifadə olunur. Sərnişinlər daxil olarkən, sadəcə, qatarın qapı hissəsi açılır və platformada qəza riski sıfıra enir.

Qiymət artımı fonunda sözügedən praktikanı Azərbaycanda reallaşdırmaq mümkündürmü?

Platformalarda təhlükəsizliyin artırılması istiqamətində "platforma təhlükəsizlik qapıları" kimi texniki həllərin tətbiqi nəzərdən keçirilirmi?

Yaxın gələcəkdə metronun modernləşdirilməsi çərçivəsində platformalarda təhlükəsizliyin gücləndirilməsi üçün yeni layihələr nəzərdə tutulurmu?

Hurriyyet.az əbər verir ki, "Bakı Metropoliteni" QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təhlükəsizliklə bağlı bütün məsələlər, o cümlədən platforma təhlükəsizlik qapılarının tətbiqi imkanları diqqət mərkəzində saxlanılır.

Məlumatda qeyd olunub ki, məsələnin vacibliyi, sadəcə, qeyd edilən qapıların quraşdırılması ilə yekunlaşmır:

"Platforma qapılarının quraşdırılması üçün bir sıra əhəmiyyətli texniki tələblərə əməl edilməsi vacibdir. Bunun üçün platformaaltı səviyyə inşaatın norma və qaydalarına əsasən gücləndirilməli, ən əsası - stansiyalarda və istisnasız olaraq bütün qatarlarda qapıların sinxron və maneəsiz açılmasını təmin edən müvafiq sistemlər quraşdırılmalıdır.

Lakin nəzərə alınmalı olan kifayət qədər vacib məqam tunellərdə və stansiyalarda texniki infrastruktur, hərəkətin təşkili, konstruktiv və normativ dəyişikliklər, mövcud texnoloji proseslərin yenilənməsi və müvafiq digər məsələlərdir".

"Metropolitendə təhlükəsizlik ən mühüm vəzifə olduğundan bununla bağlı prioritetlərin nəzərə alınması, əsaslandırılmış zəruri səbəblər, mövcud infrastruktura təsirləri və digər uyğun tədbirlər mütləq olaraq diqqətdə saxlanılaraq həyata keçirilməsinə üstünlük verilir", - deyə sonda qeyd olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Parad niyə saat 1-də başlayacaq?

Bu gün Bakıda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Adətən Azərbaycanda bayram günlərində rəsmi tədbirlər səhər saatlarında keçirilsə də, bugünkü parad günorta başlayacaq.Cia.az-ın əldə etdiyi məlumata görə, Azadlıq meydanında təşkil olunacaq tədbirin 13:00-da başlanacağı gözlənilir. Bu dəyişiklik Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın təyyarəsinin Bakıya saat 13:00 radələrində eniş etməsi ilə bağlıdır. Qardaş ölkənin rəhbəri gəldikdən sonra rəsmi tədbirə - hərbi parada start veriləcək.

Ramiz Mehdiyevin general oğluna qadağa qoyuldu

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan oğlu Teymur Mehdiyevin işdən çıxarılacağı iddia olunsa da, bu xəbərlər təsdiqini tapmadı.

Mehdiyevin Rusiya xüsusi xidmət orqanlarının rəhbəri ilə qohum olduğu üzə çıxdı – FAKTLAR

Bir faktı istintaq orqanlarına çatdırıram. Təxminən 2010-cu illər Ramiz Mehdiyev öz şəbəkəsini üstümə salan vaxtı Azərbaycanda hörmətli bir professor mənə çox maraqlı bir faktı açıqlamışdı. Onun dediyinə görə özü Gürcüstanın Qaradabani rayonunun Roza kəndində anadan olub. Mən də həmin rayonda böyüdüyümdən araşdırmam zamanı bildim ki, hal-hazırda həmin kənd mövcud deyil və bir çox başqa yaşayış məntəqələri ilə birləşdirilib hazırda Yenikənd, yaxud Təzəkənd adlanır. R.Mehdiyevin həyat yoldaşı da həmin kənddə boya-başa çatıb və riyaziyyata maraqlı olub. Onun namizədlik və doktorluq dissertasiyalarının müdafiəsində professorun xüsusi rolu olub. Keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarının xaç atası kimi tanınan Yevgeni Primakovun birinci həyat yoldaşı Laura Vasilyevna Xaradze də həmin kənddə doğulub, böyüyüb və Qalinanın dost doğma əmisi, ya dayısı qızıdır.