Cia.az xəbər verir ki, hadisə noyabrın 5-i saat 17:10-da başlayıb və noyabrın 6-ı saat 08:10-da başa çatıb.
Ayın Yerə ən çox yaxınlaşması isə noyabrın 5-dən 6-a keçən gecə saat 02:30 müşahidə edilib. Super Ay hadisəsi zamanı Ay adi tam Aydan təxminən 8 faiz böyük və 16 faiz parlaq olub.
Ayın Yerdən məsafəsi 356 min 832 km təşkil edib.
Qeyd edək ki, Super Ay hadisəsinin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə Ay Yerə yaxınlaşdıqca, onun cazibə qüvvəsi okean və dəniz səviyyələrinə daha çox təsir edir. Bu, adi haldan 3–5 cm-ə qədər daha yüksək su səviyyəsinə səbəb ola bilər.
Xatırladaq ki, Ayın Yerə maksimal yaxınlaşması (perigey) 1912-ci il yanvarın 4-də baş verib və bu zaman məsafə 356 min 375 km olub. Sonrakı illərdə ən çox yaxınlaşma 1948-ci il yanvarın 26-da 356 min 508 km, 2016-cı noyabrın 14-də 356 min 509 km, 2018-ci il yanvarın 1-də 356 min 565 km olub. Növbəti maksimal yaxınlaşma ilə (356 min 447 km) Super Ay hadisəsi 2034 -cü il noyabrın 25-də baş verəcək.
Bu gün Bakıda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Adətən Azərbaycanda bayram günlərində rəsmi tədbirlər səhər saatlarında keçirilsə də, bugünkü parad günorta başlayacaq.Cia.az-ın əldə etdiyi məlumata görə, Azadlıq meydanında təşkil olunacaq tədbirin 13:00-da başlanacağı gözlənilir. Bu dəyişiklik Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın təyyarəsinin Bakıya saat 13:00 radələrində eniş etməsi ilə bağlıdır. Qardaş ölkənin rəhbəri gəldikdən sonra rəsmi tədbirə - hərbi parada start veriləcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı rəsmi İnstaqram hesabında paylaşım edib.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan oğlu Teymur Mehdiyevin işdən çıxarılacağı iddia olunsa da, bu xəbərlər təsdiqini tapmadı.
Bir faktı istintaq orqanlarına çatdırıram. Təxminən 2010-cu illər Ramiz Mehdiyev öz şəbəkəsini üstümə salan vaxtı Azərbaycanda hörmətli bir professor mənə çox maraqlı bir faktı açıqlamışdı. Onun dediyinə görə özü Gürcüstanın Qaradabani rayonunun Roza kəndində anadan olub. Mən də həmin rayonda böyüdüyümdən araşdırmam zamanı bildim ki, hal-hazırda həmin kənd mövcud deyil və bir çox başqa yaşayış məntəqələri ilə birləşdirilib hazırda Yenikənd, yaxud Təzəkənd adlanır. R.Mehdiyevin həyat yoldaşı da həmin kənddə boya-başa çatıb və riyaziyyata maraqlı olub. Onun namizədlik və doktorluq dissertasiyalarının müdafiəsində professorun xüsusi rolu olub. Keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarının xaç atası kimi tanınan Yevgeni Primakovun birinci həyat yoldaşı Laura Vasilyevna Xaradze də həmin kənddə doğulub, böyüyüb və Qalinanın dost doğma əmisi, ya dayısı qızıdır.