banner
banner

Sosİal

Bu avtobusda gedişhaqqı artdı: Bu gündən...

Bu avtobusda gedişhaqqı artdı: Bu gündən...

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 71 nömrəli müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir.

AYNA-dan Hurriyyet.az-a verilən məlumata görə, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn “Xaliq Faiqoğlu” MMC avtobuslarla xəttin istismarını noyabrın 7-dən həyata keçirəcək.

Metronun “Azadlıq prospekti” stansiyasını “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 71 nömrəli şəhərdaxili marşrut üzrə “Golden Dragon” markalı müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar fəaliyyət göstərəcək.

Marşrut üzrə ümumilikdə 10 avtobus 8-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,60 AZN müəyyən edilib. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda çörək sexi bağlandı

Yasamal rayonu, İnşaatçılar prospektində fəaliyyət göstərən, fiziki şəxs Mirzəağa Calal oğlu Cabbarova məxsus çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Sabah Bakıya yağış yağacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.