Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.
Cia.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər.
Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində Qələbəmizə həsr olunmuş Hərbi parada hazırlaşan paytaxt Bakının mənzərəsini seyr ediblər.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında ASAN Xidmət təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında fərman imzalayıb.
Məlum olduğu kimi, bir neçə gün əvvəl Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Avropa Siyasi Birliyinin gələn ilin yazında keçiriləcək sammitində iştirak etmək üçün İrəvana dəvət olunduqlarını açıqlayıb.