"Vətən müharibəsi Asiya və Avropadakı geosiyasi balansı dəyişdirdi".
Cia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda çıxışı zamanı deyib.
O bəyan edib ki, Türkiyə bu zəfəri son olaraq deyil, Qafqazda barışa gedən yolun əvvəli olaraq görür:
"Biz davamlı sülhlə bağlı son dərəcədə ümidvarıq. İlham Əliyevin bu sahədə atdığı addımları təqdirəlayiqdir. Ermənistan Baş naziri Nikol Paşinyanın bu istiqamətdə atdığı cəsur addımlarını da izləyirik".
Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında ASAN Xidmət təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında fərman imzalayıb.
Məlum olduğu kimi, bir neçə gün əvvəl Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Avropa Siyasi Birliyinin gələn ilin yazında keçiriləcək sammitində iştirak etmək üçün İrəvana dəvət olunduqlarını açıqlayıb.