Hesablama Palatası Mədəniyyət Nazirliyi və onun tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC-də dövlət satınalmaları üzrə audit aparıb.
Cia.az xəbər verir ki, audit 2023–2025-ci illəri əhatə edib. Bu dövrdə ümumilikdə 387 satınalma keçirilib, 99,9 mln. manatlıq müqavilə bağlanılıb və bunun 64,8%-i icra olunub.
Audit nəticəsində satınalma prosesində nəzarət və hesabatlılıq sahəsində nöqsanlar, həmçinin əvvəlki illərlə müqayisədə təkrarlanan uyğunsuzluqlar müəyyən edilib.
Hesabatda qeyd olunur ki, bəzi hallarda müqavilələr gec bağlanıb, vəsaitlər satınalma proseduru keçirilmədən istifadə olunub. Eyni zamanda bazar qiymətləri araşdırılmadığı üçün mallar və xidmətlər daha baha qiymətlərlə alınıb.
Bundan əlavə, bəzi hallarda aşağı qiymət təklif edən şirkətlərlə zəruri araşdırmalar aparılmadan müqavilə bağlanıb, nəticədə öhdəliklərin tam və vaxtında icra olunmaması halları qeydə alınıb.
Audit göstərib ki, bəzi satınalmalar üzrə müqavilələr 30%-ə qədər baha bağlanıb, tətbiq edilməli olan 100 min manatdan çox cərimə tətbiq olunmayıb.
Eyni zamanda, sərgilərin təşkili ilə bağlı 207,3 min manat vəsait maliyyə sənədlərində əks etdirilməyib, tədbirlərin keçirilməsi zamanı isə 651 min manata yaxın artıq büdcə vəsaiti xərclənib.
Qeyd edilib ki, bəzi hallarda qanunvericilikdə nəzərdə tutulmayan təlim xidmətləri alınıb, təlimçilərin 60%-i isə müəyyən edilmiş tələblərə cavab verməyib.
Audit nəticəsində ümumilikdə 1,131 mln. manat vəsaitin bərpası nəzərdə tutulub. Hesablama Palatası aşkar olunmuş nöqsanların aradan qaldırılması və dövlət satınalmalarında nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq qərarlar qəbul edib.
Bakı şəhərində həyata keçiriləcək genişmiqyaslı yenidənqurma və abadlıq işləri artıq gündəmin əsas mövzularından birinə çevrilib. Bu proses çərçivəsində köhnə və qəzalı tikililərin sökülməsi, əvəzində isə müasir yaşayış və infrastruktur obyektlərinin inşası planlaşdırılır. Paralel olaraq, sakinlərin köçürülməsi, kompensasiya və yeni mənzillərlə təmin olunması məsələləri də ön plana çıxır.
"İndiyə qədər icra edilmiş bütün sosial paketlərdə minimum əməkhaqqının artırılması ilə bağlı qərar qəbul olunub. Qeyd etdiyim kimi, ötən dövr ərzində minimum əməkhaqqı 3.1 dəfə artaraq 130 manatdan 400 manata yüksəlib".
Rusiyada yaşayan azərbaycanlı iş adamı Qod Nisanov Sankt-Peterburqun mədəni irsinin qorunması və bərpası sahəsindəki xidmətlərinə görə yüksək ada layiq görülüb.
Sumqayıt Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.
Cia.az Konkret.az-a istinadla xəbər verir ki, şəhərin yeni baş memarı vəzifəsinə Fərid Məzahir oğlu Ərşadlı gətirilib.