banner
banner

Şou

"Müğənnilik qadın sənəti deyil"

"Müğənnilik qadın sənəti deyil"
"Bu sənət çox çətindir. Əsasən də qadın üçün. Bu sənət qadın üçün deyil, kişi üçündür. Əvvəllər deyirdilər ki, toyda qadınlar oxumaz. Deyirdilər, filan toyda qadın müğənni var. Camaata qəribə gələrdi ki, qadın müğənni var? O vaxt toyları kişilər oxuyardı".

Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Günə uğurla" verilişində deyib.

Müğənni toyda ifaçılıq etməyi xanımlara yaraşdırmadığını bildirib:

"Deyirlər, toy müğənnisi. Bu sözü işlədənlər insanlıqdan uzaq adamlardır. Biz hamımız bir ölkənin övladlarıyıq. Başqa yerdən qazanc yoxdur. Bizim bazar balacadır. Başqa ölkədə hərənin bir sistemi var. Kimi disk, kimi konsertdən qazanc götürür. Ya gərək atandan milyonlar qala ki, toya getməyəsən, ya ayrı biznesin ola. Mənim isə heç biri yoxumdur. 700 mahnı yazdırmışam: vətənpərvər, xalq, bəstəkar, klassik mahnılar var. Toya getməsəm, bunları necə yazdıra bilərdim?" (Axşam.az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.