banner
banner

Sosİal

Birdəfəlik maddi yardımı bu şəxslər alacaq

Birdəfəlik maddi yardımı bu şəxslər alacaq

Prezident İlham Əliyevin yeni “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı həmin kateqoriyalara aid vətəndaşlara növbəti yüksək diqqət və qayğını ifadə edir.

Cia.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

Bildirilib ki, Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 81-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2750 manat birdəfəlik maddi yardım ödəniləcək.

İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 1500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Sərəncamın ümumilikdə 2 minə yaxın şəxsə şamil olunacağı gözlənilir ki, onlardan 13-ü İkinci Dünya müharibəsi iştirakçılarıdır.

Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Müavinət və təqaüd alanlarla bağlı MÜHÜM MƏLUMAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-mart aylarında dövlət büdcəsi hesabına 965 min şəxsə 561 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

Bu ərazilərdə işıq olmayacaq

Sabah Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 360 saylı yarımstansiyadan Transformator Məntəqəsinədək iməclik işləri aparılacaq

Azərbaycanda toylarla bağlı qadağalar gəlir?

Toy büsatı qurmaq, şadlıq etmək artıq ailə qurmağın sevincini bölüşməkdən çox, ağır maliyyə sınağına çevrilib. Bir zamanlar mənəvi dəyərlər üzərində qurulan bu mərasimlər indi daha çox kimin daha dəbdəbəli şou göstərəcəyi yarışını xatırladır.

Bu ərazilərdə işıq olmayacaq

Aprelin 23-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 6 kV-luq elektrik xətlərində təmir-təftiş işləri aparılacaq.

Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında aprelin 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Pensiya alanların NƏZƏRİNƏ

Bu ilin yanvar-mart aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 11 % (187 milyon manat) çox olmaqla 1 milyard 955 milyon manat vəsait yönəldilib.

Qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu ilin aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı, aylıq yağıntının miqdarının da iqlim normasına yaxın, bəzi ərazilərdə normadan bir qədər çox olacağı ehtimal olunur.