Saxlanan İran gəmisi Çindən məxfi yük daşıyırdı - Tramp
ABŞ-ın saxladığı İran gəmisi Çindən İrana bəzi "məxfi" yüklər daşıyırmış.
Cia.az xəbər verir ki, bunu Amerika Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada qeyd edib. O, yükün nə olduğunu açıqlamayıb: "Bu, çox məxfidir". O, həmçinin əlavə edib ki, "qeyri-adi bir şey yoxdur": "Bu, elə suallardan biridir ki, “Oh, bu yaxşı deyil” demək istəyirsən".
Bu baxımdan, ondan Çin rəhbərliyinə qəzəbli olub-olmadığını aydınlaşdırmaq istənilib. "Xeyr". "Düşünürəm ki, biz də digər ölkələrlə eyni şeyi edirik”.
Qeyd edək ki, Tramp 21 apreldə CNBC-də canlı yayımda vurğulayıb ki, İrana qarşı ABŞ-İsrail hərbi əməliyyatı zamanı Çinin İrana müəyyən mallar tədarük etmək qərarından "bir az təəccüblənib".
İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
ABŞ prezidenti Donald Tramp iyulun 16-da xalqa ünvanlayacağı növbəti müraciətində ABŞ ilə İran arasındakı hərbi münaqişə mövzusuna toxunmaq niyyətindədir.