Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirilib.
Hadisə Qardabani bələdiyyəsinin Nəzərli kəndində qeydə alınıb.
Belə ki, 35 yaşlı Araz Yusubov həmkəndlisi Ramin Məmmədov tərəfindən qətlə yetirilib.
İlkin məlumata görə, tərəflər arasında əvvəlcə sözlü mübahisə yaranıb. Daha sonra 35 yaşlı Araz Yusubov bıçaq xəsarətləri alıb. O, hadisə yerindən uzaqlaşsa da, aldığı xəsarətlər nəticəsində qanaxmadan həyatını itirib.
Hadisə yerinə çox sayda hüquq-mühafizə orqanının əməkdaşı cəlb olunublar. Cinayəti törədən şəxs polisə təslim olmayıb və avtomobilin üzərinə çıxaraq ona yaxınlaşılacağı təqdirdə intihar edəcəyini bildirib. Qısa müddət davam edən danışıqlardan sonra şəxs saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, cinayəti törədən şəxs saxlanılıb və hadisə ilə bağlı araşdırma aparılır./yenisabah/
Xəbər verdiyimiz kimi, iyulun 30-da paytaxtın Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzinin dayanacaq hissəsində "Seaside estate" şirkətinin rəhbəri 1991-ci il təvəllüdlü Orxan Yusubov qətlə yetirilib.
Bakıda "İdrak" liseyinin riyaziyyat müəllimi Şəhla Kamilovaya qarşı silahlı hücum törətməkdə təqsirləndirilən məktəblinin cinayət işi üzrə məhkəmə araşdırması sabah – iyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdiriləcək. Cia.az xəbər verir ki, işə hakim Vüqar Quliyevin sədrliyi ilə baxılır.
Qaradağ Rayon Məhkəməsində elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə törədilmiş oğurluq cinayəti ilə bağlı cinayət işi üzrə hökm elan olunub.