Qazax rayonunda göldə boğulma hadisəsi baş verib. Cia.az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Didvan gölündə qeydə alınıb.
İlkin məlumata görə, Canallı kənd sakini Rafael Xəlilov və azyaşlı qızı göldə batıblar.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Hazırda batan şəxslərin tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.
Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Zakir Tağıyev və onun tanışı İsmət Dadaşlının (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bu ilin iyun ayında Cəlilabad rayonunda dayısının 27 yaşlı həyat yoldaşını qətlə yetirən 15 yaşlı Abbas Mahmudova (ad və soyadlar şərtidir) hökm oxunub.